İQTİSADİYYAT

"Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb

Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb.
Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.