BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 28, tank əleyhinə 2 mina və 35 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 18.9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.