BAKI, 11 oktyabr - Sputnik. Bəşəriyyət koronavirusla mübarizədə yolun 60%-ə qədərini qət edib, lakin hələ gözlənilməz maneələr ortaya çıxa bilər. RİA Novosti xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan KİV-lərə müsahibəsində deyib.
"Ümidvaram ki, biz bu yolun 60%-ni qət etmiş olacağıq. Lakin ola bilər ki, biz yolumuzun üstündə növbəti, gözlənilməz bir dağla qarşılaşaq", — deyə qurumun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hələ ki, "marafon"un sona çatmasından danışmaq tezdir. Çünki qarşıda hansı çətinliklərin ola biləcəyi məlum deyil.
"Yeni variantlarının gözlənilmədən peyda olması pandemiya zamanı baş verən hallardan biridir və bu bizi bir qədər təvazökar olmağa vadar edir", — deyə Svaminatan vurğulayıb.
ÜST nümayəndəsi həmçinin əhalinin infeksiyadan qorunması və gələcəg mutasiyaların qarşısının alınması üçün vaksinasiyanın sürətini artırmağa çağırıb.
Təşkilatın məlumatlarına görə, pandemiyanın əvvəlindən dünyada 236 milyon koronavirusa yoluxma halı qeydə alınıb. İnfeksiya 4,8 milyon insanın həyatına son qoyub. Ən ciddi vəziyyət ABŞ, Hindistan və Braziliyada müşahidə olunub.