RUSİYA

Tatarıstanda təyyarə qəzaya uğrayıb - ölənlər var

Sputnik
BAKI, 10 oktyabr - Sputnik. Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb. RİA Novosti-nin FHN regional idarəsinə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 20 paraşütçü və iki ekipaj üzvü olub.
KİV-lərin məlumatına görə hadisə nəticəsində ilkin məlumatlara hgörə 19 nəfər həlak olub, üç nəfər sağ qalıb. Hadisə yerində xilasetmə işlər davam etdirilir.
Qeyd edək ki, L-410 regional xətlərdə uçuş üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Təyyarə 1960-cı illərdə Çexoslovakiyanın Let zavodu tərəfindən layihələndirilib. Hava gəmisinin kommersiya məqsədləri ilə istifadəsi 1973-cü ildən başlanıb.
Xatırladaq ki, cari ilin sentyabr ayında İrkutsk vilayıtində analoji təyyarə sərt eniş edib. Həmin təyyarənin göyərtəsində olan 16 nəfərin dördü həlak olub, 12 nəfər isə xəsarət alıb.