DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliya polisi qanunsuz aksiya keçirənləri saxlayıb

Saxlanılar arasında "Yeni Güc" siyasi təşkilatının rəhbərlərindən Roberto Fiore və Julianno Kastellino da var.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. İtaliya polisi ötən gecə Romada keçirilən icazəsiz aksiyalarda ultrasağçı siyai təşkilat "Yeni Güc"ün liderləri də daxil olmaqla 12 nəfəri saxlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"Yaşıl keçid yoxdur" sloqanını səsləndirən nümayişçilər İtaliya Baş naziri Mario Draqinin və prezident Serjo Mattarellinin istefasını tələb ediblər.
Qanunsuz aksiyanın bəzi iştirakçıları polisə şüşə butulkalar və digər yandırıcı əşyalar atıb. Polis aksiyanın qarşısını almaq üçün təzyiqli su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə on iki aksiya iştirakçısı saxlanılıb.
Saxlanılar arasında "Yeni Güc" siyasi təşkilatının rəhbərlərindən Roberto Fiore və Julianno Kastellino da var.
Etirazçılardan kiçik bir qrup Həmkarlar İttifaqının qərargah binasını ələ keçirməyə çalışıb. Video və foto görüntülərdə hərəkat liderlənin təsbit olunması onların saxlanılması ilə nəticələnib.