İQTİSADİYYAT

Şükürbəyli-Cəbrayıl Hadrut yolunun tikintisi sürətlə gedir

Füzuli-Şuşa avtomobil yolunda T5 tunelinin üst yarı hissəsində qazma işləri yekunlaşıb, Toğanalı-Kəlbəcər avtomobil yolunda isə Murovdağ tunelinin inşası davam etdirilir.
Sputnik
BAKI, 10 oktyabr - Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika ərazisində yol təmiri, tikintisi və yenidən qurulması ilə əlaqədar həyata keçirilən işlərin həftəlik icmalı açıqlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, hazırda Şükürbəyli-Cəbrayıl Hadrut yolunun tikintisi sürətlə davam etdirilir.
Həmçinin son həftə ərzində Füzuli-Şuşa avtomobil yolunda T5 tunelinin üst yarı hissəsində qazma işləri yekunlaşıb, Prezident İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib və Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Bundan başqa, paytaxtın Nəsimi rayonunun Ceyhun Səlimov küçəsi əsaslı təmir olunub, Toğanalı-Kəlbəcər avtomobil yolunda isə Murovdağ tunelinin inşası davam etdirilir.