BAKI, 10 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə RİA Novosti televiziya proqramlarından birinə istinadən xəbər verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putinin oktyabrın 12-də VIII çağırış Dövlət Dumasının deputatları ilə görüşəcəyini deyib.
"Prezident parlamentlə ölkə üçün hansı məsələlərin birinci dərəcəli olması barədə danışacaq... Elə həmin gün Putinin Ermənistan baş naziri Paşinyanla da görüşü keçiriləcək", - deyə verilişdə bildirilib.