HADİSƏ

Polis əməkdaşını cərəyan vurdu

Elektrik cərəyanı vurması nəticəsində baş verən ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu Toğrul Mədətli xidmətdən kənar vaxtı elektirik cərəyanı vurması nəticəsində vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev məlumat verib.
Elektrik cərəyanı vurması nəticəsində baş verən ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.