BAKI, 10 oktyabr - Sputnik. Rusiya Serbiya və Balkanlardakı digər ölkələrlə münasibətlərdə sırf qarşılıqlı fayda və maraqların balansına əsaslanır və Moskvanın dövlətlərin işlərinə qarışması, beynəlxalq hüququ pozması barədə ittihamlar cəfəngiyyatdır. RİA Novosti xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
"Rusiyanın Qərbi Balkan ölkələrinin işlərinə qarışmağa cəhd etməsi barədə deyilənlərə gəldikdə isə - biz buna alışmışıq. Biz Serbiya və digər ölkələrlə münasibətlərdə sırf qarşılıqlı fayda və maraqların balansına əsaslanırıq", - deyə Lavrov Serbiya prezidenti Aleksandr Vuçiçlə danışıqların nəticələrinə dair bildirib.
Lavrov onu da əlavə edib ki, Avropa İttifaqının Rusiya ilə Balkan ölkələri, konkret olaraq Serbiya arasında əməkdaşlığa dair mövqeyi getdikcə daha çox neokolonializmi xatırladır.
"Əgər kimdəsə Rusiyanın Qərbi Balkan bölgəsində, yaxud başqa haradasa, hansısa beynəlxalq normaları pozmasına dair boş ittihamları sübut edən faktlar varsa - buyurun, göstərin", - deyə rusiyalı nazir vurğulayıb.