HƏRBİ

Hərbi Dəniz Qüvvələrinin təlimi keçiriləcək

Dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.