HADİSƏ

Goranboyda zəncirvari qəza baş verib, sürücü həlak olub

Xanqərvənd kəndi ərazisində baş verən zəncirvari qəzada həyatını itirən sürücünün ailə üzvləri ağır xəsarət alaraq Gəncədə yerləşən xəstəxanaya yerləşdirilib.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Goranboy rayonunda iki “Mersedes” və bir “Naz Lifan” markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib. Dəhşətli yol-nəqliyyat hadisəsi gecə saatlarında Tərtər-Goranboy yolunun Goranboyun Xanqərvənd kəndindən keçən hissəsində qeydə alınıb.
Goranboyun Xanqərvənd kəndində zəncirvari qəza
Sputnik Azərbaycan xəbər verir ki, qəza zamanı “Naz Lifan” markalı minik maşının sürücüsü Əlirzalı kənd sakini 35 yaşlı Pərvin Abbasov hadisə yerində dünyasını dəyişib.
Onun avtomobildə olan ailə üzvləri isə ağır bədən xəsarətləri alaraq Gəncədə yerləşən xəstəxanlardan birinə çatdırılıb.
Goranboyun Xanqərvənd kəndində zəncirvari qəza
Zəncirvari qəza zamanı “Naz Lifan” yol kənarındakı kafeyə çırılıb, ardından ağaca dəyərək hissələrə ayrılıb. Qəzanın iştirakçıları olan “Mersedes” markalı avtomobillərdə zərbədən sonra tanınmaz hala düşüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.