BAKI, 10 oktyabr — Sputnik. Ermənistanın müdafiə naziri Arşak Karapetyan bu gün Rusiyaya səfərə yollanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Müdafiə naziri Arşak Karapetyan oktyabrın 10 -da Rusiyaya işgüzar səfərə gedib", - məlumatda deyilir.
Nazirlik Arşak Karapetyanın səfərin gündəliyi ilə bağlı ətraflı məlumat verməyib.