SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Belqrada yola düşüb

Səfər çərçivəsində nazirin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 10 oktyabr - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfərə yollanıb.
Xarici İşlər nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirdə iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.