BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin birinci ili ilə bağlı rəsmi "twitter" hesabında paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: "9 oktyabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsində üçrəngli bayrağımızı ucaltdı".
Xatırladaq ki, bir il əvvəl bu gün - oktyabrın 9-da Azərbaycan Ordusu Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərini işğaldan azad edib.