QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Talış kəndinə təzə yol çəkilir

Dövlət başçısının tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ərazidə genişmiqyaslı tikinti işlərinə start verib.
Sputnik Azərbaycan xəbər verir ki, yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biridir.
Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunun tikintisi
4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.
Dövlət başçısının tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 13 və 10 metr, çiyin hissələrin eni isə 2x2 metr təşkil edəcək.