BAKI, 9 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-in növbəti dezinformasiyasını təkzob edib.
Qurumdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir: "Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir".