TƏHSİL

Kooperasiya Universitetində yenilik: Elmlər doktoru üzrə doktorantlar hazırlanacaq

Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"na dəyişiklik edilib.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan Kooperasiya Universitetində elmlər doktoru üzrə doktorantlar hazırlanacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"na dəyişiklik edilib.
Qeyd edək ki, bundan öncə Azərbaycan Kooperasiya Universiteti fəlsəfə doktoru üzrə doktorantları qəbul edirdi.