Zooparkın icraçı direktoru Nəzakət İsayevanın sözlərinə görə, üç yaşınadək uşaqlar və şəhid ailələrinin üzvləri üçün giriş pulsuzdur. Kassalar isə 10:00-dan 17-dək işləyəcək. Həmçinin biletlərin onlayn satışı da təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Bakı zooparkının yeni görünüşünü Sputnik Azərbaycan-ın fotolentində izləyin.