BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib.
Ə.Əsədov faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
---------
12:52
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığı mətni XİN-in tviter hesabında yayılıb.
"Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir", - başsağlığında vurğulanıb.
Qeyd edək ki, Batumi şəhərində binanın çökməsi nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları isə davam etdirilir. Hadisə ilə bağlı üç nəfər də saxlanılıb.
Gürcüstan Baş naziri İrakli Qaribaşvili oktyabrın 11-ni matəm günü elan edib. Həmin gün həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq ölkə ərazisində dövlət bayraqları endiriləcək.