BAKI, 9 oktyabr - Sputnik. Avstriya Kansleri Sebastyan Kurts prokurorluğun onun haqqında başladığı araşdırma fonunda istefa verdiyini açıqlayıb.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd edək ki, Avstriya prokurorluğu Kurts və onun doqquz yaxın adamı barədə korrupsiya və rüşvət ittihamını araşdırır.
35 yaşlı Kurts dünyanın ən cavan baş naziri hesab olunur. 2017-ci il oktyabrın 15-də onun rəhbəri olduğu Avstriya Xalq Partiyası parlament seçkisində qalib gəlmişdi. Seçkinin yekunu olaraq Kurts Avstriyanın federal kansleri seçilmiş, dekabrın 18-də and içərək həmin dövrün ən gənc baş naziri olmuşdu.