VİDEO

Vətən müharibəsi veteranlarının şah əsərləri

44 günlük Vətən müharibəsinə həsr olunmuş "Xarı-bülbül" sərgisi Bakıda keçirilir. Ətraflı - videomuzda.
Sputnik
"Xarı-bülbül" sərgisi İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə həsr olunub.
44 gün davam edəcək sərgidə əlilliyi olan insanların, o cümlədən İnklüziv İncəsənət Məktəbinin şagirdlərinin vətənpərvərlik, Vətən sevgisi, azad edilmiş ərazilər və Qələbə mövzusuna həsr olunmuş əsərləri nümayiş olunacaq.
Sərginin məqsədi ictimaiyyəti əlil insanların yaradıcılıq qabiliyyətləri ilə tanış etməkdir.
Əsərləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı DOST Agentliyində görə bilərsiniz.