BAKI, 8 oktyabr — Sputnik. Ukrayna parlamentinin deputatı, "Gələcək uğrunda" fraksiyasının üzvü, 33 yaşlı Anton Polyakovun meyiti Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Milli Polis idarəsi yayıb.
İlkin məlumata görə, deputat taksidə olarkən onun vəziyyəti pisləşib. Əraziyə gələn təcili tibbi yardım briqadasının həkimləri onun həyatını xilas etməyə çalışsalar da, bu, onlarda alınmayıb.
Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlanılıb.