DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin Rusiyadan S-400-ləri nə üçün almasının sirri açıldı

Adıçəkilən raket komplekslərinin ikinci alayının alınacağı barədə planları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ cari ilin avqust ayında açıqlayıb.
Sputnik
BAKI, 8 oktyabr - Sputnik. ABŞ-ın nüfuzlu Defense News məcmuəsi Türkiyənin yüksək mənsəbli məmurlarından biri ilə Moskva ilə Ankara arasında münasibətlərin xüsusiyyətlərinin müzakirə edib.
Məcmuənin həmsöhbətinin sözlərinə görə, bu münasibətlərin əsas "sirri" ondadır ki, Türkiyə heç bir halda Rusiya ilə qarşılıqlı fəaliyyət məsələlərində geri çəkilmək və ABŞ-ın dediyi ilə oturub-durmaq fikrində deyil.
Buna misal olaraq jurnalistlər NATO üzrə tərəfdaşlarının narazılığına rəğmən Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin alınmasına dair sazişi misal gətiriblər.
Qeyd edək ki, adıçəkilən raket komplekslərinin ikinci alayının alınacağı barədə planları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ cari ilin avqust ayında açıqlayıb. Onun rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra məlum olub ki, hər iki tərəf zenit-raket kompleksləri və bir sıra digər istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.