BAKI, 8 oktyabr - Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkədəki səfirliyinə diplomatik missiyanın üç əməkdaşının toxunulmazlığının ləğvi ilə bağlı nota göndərib. RİA Novosti xəbər verir ki, buna səbəb həmin diplomatların oğurluqda şübhəli bilinmələridir.
Xəbərdə deyilir ki, əgər Birləşmiş Ştatlar diplomatik missiyanın həmin əməkdaşlarının immunitetini ləğv etməkdən imtina etsələr, həmin şəxslər Rusiya ərazisini tərk etməli olacaqlar.