BAKI, 8 oktyabr - Sputnik. İslam Dövləti* terrorçu qruplaşmasının Vilayəti Xorasan bölməsi Əfqanıstanın Kunduz əyalətindəki şiə məscidində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə RİA Novosti agentliyi Франс Пресс-ə istinadən xəbər verir.
Qruplaşma nümayəndələri agentliyə bildiriblər ki, hadisəni belində partlayıcı ilə dolu kəmər olan terrorçu-fədai törədib.
Xatırladaq ki, sentyabrın 8-də Əfqanıstanın Kunduz əyalətində şiə məscidində partlayış törədilib. Partlayış nəticəsində 60 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Ölənlərin və yaralananların hamısının məscidə gələn dindarlar olduğu qeyd edilir. Taliban hərəkatının sözçüsü Zabiullah Mücahid bildirib ki, partlayışdan sonra hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub və hazırda araşdırma aparılır.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Said Xosti partlayış nəticəsində qurbanların sayının dəqiq bilinmədiyini açıqlayıb.
* - Rusiyada fəaliyyəti qadağan olunmuş terrorçu təşkilat