MƏDƏNİYYƏT

Gələn il "Eurovision" bu şəhərdə keçiriləcək

İtaliya Radio və Televiziya Korporasiyasının (RAI) rəhbərliyi yaxın vaxtlarda bu qərarı rəsmən elan edəcək.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsi 2022-ci ildə Turin şəhərində keçiriləcək.
Sputnik Azərbaycan TASS-a istinadən xəbər verir ki, İtaliya Radio və Televiziya Korporasiyasının (RAI) rəhbərliyi yaxın vaxtlarda bu qərarı rəsmən elan edəcək.
Lakin Turinin namizədliyi artıq təsdiqlənib.
Qeyd edək ki, İtaliya "Maneskin" qrupunun qələbəsindən sonra "Eurovision"a ev sahibliyi etmək hüququ qazanıb. Bu, İtaliya üçün "Eurovision" tarixində üçüncü, 1990-cı ildən bəri ilkdir.