BAKI, 8 oktyabr — Sputnik. Əfqanıstanın Kunduz əyalətində şiə məscidində partlayış törədilib.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, partlayış nəticəsində 60 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Taliban* hərəkatı partlayışın kamikadze tərəfindən törədildiyini iddia edir.
Ölənlərin və yaralananların hamısının məscidə gələn dindarlar olduğu qeyd edilir. Taliban hərəkatının sözçüsü Zabiullah Mücahid bildirib ki, partlayışdan sonra hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub və hazırda araşdırma aparılır.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Said Xosti partlayış nəticəsində qurbanların sayının dəqiq bilinmədiyini açıqlayıb.