İsti iqlimi ilə seçilən Yevlax rayonunda təbiətin vəhşi quşlarından olan vağlara daha çox rast gəlinir. Quşlar əsasən su, bataqlıq olan hissələrdə balıq, qurbağa ilə qidalanırlar. Ağ lələkli, sarı, uzun dimdikli vağlara ev heyvanları olan iribuynuzlu inək, buğaların qidalandığı otlaqlarda daha çox rast gəlinir
Vağlar mal-qara otlayan zaman onların üzərinə qonan müxtəlif həşəratlarla qidalanırlar. İribuynuzlu heyvanlar da quşları sanki öz “qoruyucu”ları hesab edirlər. Daha çox yerdə qida axtaran bu quşlar havada uzun müddət uçmurlar. Qeyd edək ki, vağlara Yevlax rayonunun Aran qəsəbəsi, Salahlı, Qaraməmmədli kəndləri ərazisində daha çox rast gəlinir.