BAKI, 7 oktyabr — Sputnik. Rusiya liderinin 69-cu ildönümü ilə əlaqədar keçən ilin ən yaddaqalan kadrlarını izləyə bilərsiniz.
Prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin doğum günündə nadir hallarda işə dair tədbirləri təxirə saldığını və həmin gün "stol açmaq" ənənəsinin olmadığını bildirib.
O, həmçinin prezidentin bu gün planlaşdırılan iclasda Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu vəziyyətdən istifadə edərək onu təbrik etmələrini təklif edib. Kreml nümayəndəsinin sözlərinə görə, adətən Təhlükəsizlik Şurasının üzvləri Putini telefonla təbrik edirlər.
Onların dövlət başçısına hədiyyələr verib-vermədiklərini dəqiqləşdirən suala Peskov cavab verib: "hansısa şəxsi görüşlər zamanı bəzən hədiyyə verirlər".
Son vaxtlar xarici liderlərin Putinə hədiyyə göndərib-göndərmədikləri sualına isə Kremlin nümayəndəsi: "Bəzən olur", - deyib.
"Ən azından, indi bu barədə məlumatım yoxdur", - deyə o, bildirib.