BAKI, 7 oktyabr — Sputnik. Ukrayna Ali Radasının sədri Dmitri Razumkov istefaya göndərilib. Bu barədə Sputnik Azərbaycan "UNİAN"-a istinadən xəbər verir.
Məlumata əsasən onun istefasının lehinə 284 deputat səs verib.
"Xalqın xidmətçisi" fraksiyasından 215 deputat, "İnam" qrupundan 18 deputat, "Gələcək Naminə" qrupundan 19 deputat, "Batkivşina" fraksiyasından 20 deputat, "Səs" qrupundan 6 deputat və 6 fraksiyadan kənar deputat bu qərarın lehinə səs verib.
"Avropa Həmrəyliyi" və "Müxalif Platforma – Həyat üçün" fraksiyaları tam heyətdə səsverməyə iştirk etməyib.
Səsvermədən sonra Razumkov iclas zalını tərk edib.