HADİSƏ

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub

Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Xəzərdə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytının verdiyi məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:12-də Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib.
---------
16:09
Bu gün yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km şimal-qərbdə Şabran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi isə 2 km olan təkanlar zəif hiss olunub.