BAKI, 7 oktyabr - Sputnik. Rusiyanın "Lukoil" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payını artırır.
Şirkətin məlumatında deyilir ki, "Lukoil" "Petronas" şirkətindən "Şahdəniz"dəki 15,5% payını alacaq.
Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), SOCAR (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Xatırladaq ki, sentyabrın 29-da bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihə"sindəki iştirak payının 25%-ni "Lukoil" şirkətinə satmağı razılaşdırıb.