BAKI, 7 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə Dövlət Proqramından Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-smaq-təlim mexanizminin qurulması, Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması sözləri çıxarılıb.
***
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 853) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddən (birinci halda) və 2.0.3-cü yarımbənddən ismin müvafiq hallarında "(bitki sortları)" sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 3.0.17-1-ci yarımbənd əlavə edilsin:
"3.0.17-1. fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fitosanitar karantin baxışı keçirmək və müayinə aparmaq, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda, bitki mühafizə vasitələrində toksikoloji analizlər aparmaq, eləcə də nəticələrinə dair müvafiq arayışlar vermək;".
3. 3.0.19-cu yarımbənddən ismin müvafiq hallarında "(bitki sortları)" sözləri çıxarılsın, həmin yarımbənddə "sınağını keçirmək" sözləri "sınağının keçirilməsini təmin etmək" sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 4.0.13-1-ci yarımbənd əlavə edilsin:
"4.0.13-1. beynəlxalq qurumların və yerli fiziki və hüquqi şəxslərin maliyyə dəstəyi ilə aqrar sahədə layihələrin icrasını təşkil etmək;".
5. 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"5.1. Agentlik öz fəaliyyətini Aparatı və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.
5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.".
6. 5.3-cü bənddə "üç" sözü "dörd" sözü ilə əvəz edilsin.
7. 5.5.3-cü yarımbənddə "ödənilməsi" sözü "ödənişi" sözü ilə əvəz edilsin və həmin yarımbəndə "Aparatının" sözündən sonra "və tabeliyindəki qurumların" sözləri əlavə olunsun.
8. 5.5.5-ci yarımbənddə "Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi digər" sözləri "Agentliyin" sözü ilə əvəz edilsin və həmin yarımbəndə "digər işçilərini" sözlərindən sonra ", habelə tabeliyindəki qurumların işçilərini (hüquqi şəxslərin isə yalnız rəhbərlərini) Nazirliklə razılaşdırmaqla" sözləri əlavə olunsun.
***
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511; 2019, № 3, maddə 409, № 4, maddə 619, № 5, maddələr 854, 855) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 11.9-1-ci və 11.42-1-ci bəndlər əlavə edilsin:
"11.9-1. seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil edir və onların icrasına nəzarəti həyata keçirir;";
"11.42-1. Nazirliyin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini təsviri və təchizat norması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin edir;";
1.2. 18.2-ci bənddən "bilavasitə" sözü çıxarılsın;
1.3. 18.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
"18.6. Nazirliyin Aparatının işçilərini, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini, struktur bölmə rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, digər işçilərin (tabeliyindəki qurumların strukturuna daxil olmayan hüquqi şəxslərin yalnız rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və təchizat normasını, habelə kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin Siyahısını üç ay müddətində təsdiq etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.