DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanın baş naziri istefa verəcək

Hakim Gürcü Arzusu Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verəcək.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə yerli "Pirveli" telekanalı etibarlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub.
Telekanalın məlumatına əsasən, İ.Qaribaşvilini hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəzləyəcək.