BAKI, 7 oktyabr — Sputnik. Finlandiya Amerikanın "Moderna" şirkətinin istehsalı olan koronavirus əleyhinə "Spikevax" peyvəndini cavan yaşdakı kişilərə tətbiq etməyəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, buna səbəb preparatın yan təsiri ilə bağlı risklərdir.
Bu barədə Finlandiyanın Səhiyyə və Sosial Təminat Milli İnstitutunun (THL) nümayəndəsi Mika Salminen mətbuat konfransında məlumat verib.
"Gələcəkdə "Spikevax" peyvəndinin oğlanlar və 30 yaşa kimi kişilərə tətbiqi nəzərdə tutulmur. Bunun əvəzində onlara "Biontech-Pfizer" preparatı vurulacaq, hətta bir doza "Moderna" vaksini qəbul etmiş olsalar belə... Çünki bu peyvənd vurulan 30 yaşa qədər kişilərdə miokard infarktı riski çox yüksəkdir", – deyə o vurğulayıb.
Qeyd edək ki, Finlandiyada əhalinin 72 faizi koronavirusa qarşı tam peyvənd olunub. Vətəndaşların 84 faizi isə vaksinin birinci dozasını vurdurub.
Xatırladaq ki, oktyabrın 6-da İsveçrə və Danimarka ürək xəstəliklərinin artma ehtimalı səbəbindən sözügedən preparatla peyvənd prosesini dayandırıb.