DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Beş yaşdan yuxarı uşaqlara peyvənd vurulması üçün müraciət olundu

Ağ Evin COVID-19-la mübarizə üzrə koordinatoru Ceff Zints bildirib ki, "Pfizer" vaksinin uşaqlarda tətbiqinə noyabrın axırlarında başlanıla bilər.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Koronavirusa qarşı peyvənd istehsal edən Amerikanın "Pfizer" və Almaniyanın "BioNTech" əczaçılıq şirkətləri 5-12 yaşlı uşaqların COVID-19 əleyhinə vaksinasiyasında onların istehsal etdikləri preparatların təcili istifadəyə icazə verilməsi üçün ABŞ-ın tibbi məsələlərə nəzarət edən qurumuna – FDA-ya müraciət edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat verir.
Ağ Evin COVID-19-la mübarizə üzrə koordinatoru Ceff Zints bildirib ki, FDA ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ilə birgə əczaçılıq şirkətlərinin müraciətinə baxacaq. Onun sözlərinə görə, "Pfizer" vaksininin uşaqlarda tətbiqinə Şükran Gününə kimi, yəni noyabrın axırlarında başlanıla bilər.
"FDA Məşvərət Şurası ilə birgə bu məsələyə ayın sonunda baxmağı planlaşdırır. Daha sonra proses CDC-yə keçəcək", – deyə Ağ Evin koordinatoru CNN telekanalına müsahibəsində bildirib.