VİDEO

Beş-altı əsr yaşı olan türbələrin tarixi səhv qeyd edilib

Bəzilərinin tarixi səhv qeyd olunub, bəziləri haqqında isə ümumiyyətlə məlumat yoxdur. Söhbət Qəbələdə yerləşən Həzrə türbələrindən gedir. Ətraflı videomuzda.
Sputnik
Həzrə abidələrinin bələdçisi Elman Məmmədov müsahibəsində bildirib:

“Türbələrin ikisi Şirvanşahlar dövrünə aiddir. Şirvanşah İbrahim Xəlilullahın zamanına aid Şeyx Mənsur türbəsi XIV əsrin sonu, XV əsrin əvvəllərinə aiddir. Şeyx Bədrəddin türbəsi isə XV əsrin ortalarına - 1447-ci ilə aiddir”.

Bələdçi bildirib ki, tarix elmləri doktoru Məşədixanım Nemətova Sovet İttifaqı dövründə burada kiçik araşdırma aparsa da, sonradan tədqiqat davam etdirilməyib. Həmin araşdırmanın nəticəsi də hazırda heç kəsə məlum deyil. Bu səbəbdən də oradakı aibədələrin bəzilərinin tarixini müəyyənləşdirmək tam mümkün deyil. Bunun üçün də ərazidə yeni araşdırmanın apaırılmasına ehtiyac var.