BAKI, 7 oktyabr — Sputnik. Müğənni Roza Zərgərli yeni fotosessiya etdirib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu dəfə Afrika üslubunda paltar və makiyajda obyektiv qarşısına keçib. Zərgərlinin bu obrazının üzərində stilist Babək Qədirov işləyib. Müğənninin yeni fotosessiyasını Elmir Mikayılov lentə alıb. Müğənni sözügedən fotosessiyasını "Instagram" hesabında paylaşıb.
Məlumat üçün bildirək ki, bir çox mahnıların müəllifi olan Roza Zərgərli müğənniliklə yanaşı, aktrisa kimi də özünü sınayıb. Belə ki, Zərgərli "Adam ol!", "Tək olanda qorxma..." (teleserial, 2013), "100 kağız" adlı filmlərdə rol alıb.