AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Pakistana başsağlığı verdi

XİN: təbii fəlakət qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların ən qısa zamanda sağalmasını arzulayırıq. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Pakistan dövlətinin yanındayıq.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi baş vermiş zəlzələ ilə bağlı Pakistana başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Pakistanın Bəlucistan vilayətində zəlzələnin baş verməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Təbii fəlakət qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların ən qısa zamanda sağalmasını arzulayırıq. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Pakistan dövlətinin yanındayıq", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün gecə saatlarında Pakistan ərazisində 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə qeydə alınıb. Hadisə nəticəsində 20 nəfər ölüb, 300-dən çox insan zərər çəkib.