BAKI, 6 oktyabr — Sputnik. Milli Məclisin oktyabrın 11-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. "Müstəqillik Günü haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.