BAKI, 6 oktyabr — Sputnik. Gümrüdə İran vətəndaşları tərəfindən intensiv şəkildə evlərin kirayəyə götürülməsi hallari müşahidə edilir. İran vətəndaslarının Gümrüyə xüsusi marağının səbəbini araşdırmağa çalışdım. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, onların bir qismi Rusiyaya qarşı cəsusluq ilə məşğuldular. Sputnik Azərbaycan xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.
Ekspert qeyd edib ki, həmin evlərdən Rusiyanın 102-ci hərbi bazasi istiqamətindəki yol rahat müşahidə edilir: "Odur ki, bu evlərdə yaşayan İran vətəndaşları Rusiya bazasına gətirilən və ya oradan çıxarılan maddi vəsaitləri izləyərək qeydə almaq imkanına malik olduqları şübhəsizdir. Eyni mənbədən aldığım məlumata görə, İran xüsusi xidmət orqanlarının əməliyyatçıları rus hərbiçilərə xidmət edən erməni qadınlarından casusluq aləti kimi istifadə edir".
Ədalət Verdiyev bildirib ki, qısamüddətli maraq kəsişmələrinə baxmayaraq, İran Rusiyanı Qafqazda öz strateji rəqibi kimi görür: "İranın xüsusi xidmətlərin Gümrüdə fəallığı sistematik şəkildə həyata keçirilir və istisna olunmur ki, həmin qruplar tərəfindən yaxın zamanda Rusiyaya qarşı təxribatlar törədilə bilər".