HƏRBİ

Azərbaycan itkin düşmüş hərbçini Ermənistana qaytarıb

Bu ilin avqustunda iki ölkənin dövlət sərhədində itkin düşmüş 32 yaşlı Artur Borisoviç Davidyan öz ölkəsinə qaytarılıb.
Sputnik
BAKI, 6 oktyabr - Sputnik. Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində itkin düşmüş hərbçi Artur Borisoviç Davidyanı Ermənistana qaytarıb.
Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Suren Papikyan bildirib.
Qeyd edək ki, 32 yaşlı Artur Borisoviç Davidyan bu ilin avqustunda iki ölkənin dövlət sərhədində itkin düşüb.