Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri Quba rayonunun Xınalıq kəndidir.
Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən bu kəndin tarixi min illərlə ölçülür.
Xınalıq rayon mərkəzindən 57 km məsafədə yerləşir. Qubanın Xınalıq kəndinə üç günə yaxındır ki, qar yağır.
Kənd sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, qara ən çox sevinən uşaqlardır.
Amma qar hələlik yerdə çox qalmır, tez əriyir. Nə qədər tez ərisə də, bu gözəlliyi pəncərə arxasından seyr etmək adama zövq verir.