CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi saatlıq problemdən ən çox qazanan hansı platforma oldu?

Ötən gün axşam saatlarından etibarən dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda bir sıra sosial şəbəkələrin işində problem yaranıb.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Sentyabrın 4-də "Facebook", "Instagram" və "WhatsApp"da 7 saatlıq problem yaranıb. Sputnik Azərbaycan-ın məlumatına görə, problem nəticəsində ən çox giriş "Telegram" platformasına olub.
"Telegram" istifadəçilərinin sayı isə yüz mini keçib. Ümumilikdə, "Telegram" gün ərzində 55 mindən çox yeni istifadəçi qazanıb.
Xatırladaq ki, ötən gecə "Facebook", "Instagram" və "WhatsApp"-da problem yaranması ilə 1 saat ərzində 160 milyon dollar civarında pul itirilib.
Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda bir sıra sosial şəbəkələrin işində problem yaranıb.