Rusiyaya məxsus, göyərtəsində "Çağırış" filminin çəkiliş qrupu olan "Soyuz MS-19" gəmisi orbitə çıxıb. Gəmi ekipajına rejissor Klim Şipenko, aktrisa Yuliya Peresild və kosmonavt Anton Şkaplerov daxildir. Tarixdə ilk dəfədir ki, peşəkar artistlər kosmosa yollanıblar. İlk dəfədir ki, Beynəlxalq Kosmik Stansiyaya uçan “Soyuz” gəmisini göyərtə mühəndisi olmadan tək gəmi komandiri idarə edir.