HƏRBİ

Türkiyə MN: Naxçıvanda "Sarsılmaz Qardaşlıq-2021"in məşqləri uğurla icra olunub - FOTO

Türkiyə səfirliyi bildirib ki, Azərbaycanın haqlı davasında bu günə qədər olduğu kimi bundan sonra həmişə yanında olacaq.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin "Sarsılmaz Qardaşlıq-2021" birgə təliminin növbəti məşqləri keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi "Twitter" hesabında yerləşdirilib.
Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin "Sarsılmaz Qardaşlıq-2021" birgə təliminin növbəti məşqləri keçirilib
"Türkiyə 3-cü Ordu Komandanlığı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək "Sarsılmaz Qardaşlıq-2021" təliminin məşqləri uğurla icra olunub", - deyə qeyd olunub.
Naxçıvanda keçirilən "Sarsılmaz Qardaşlıq-2021" təliminin 5-8 oktyabr tarixlərində növbəti mərhələsi baş tutacaq
Qeyd edək ki, Naxçıvanda keçirilən "Sarsılmaz Qardaşlıq-2021" təliminin 5-8 oktyabr tarixlərində növbəti mərhələsi baş tutacaq.
Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyasını inkişaf etdirməkdir.
"Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyasını inkişaf etdirməkdir. "İki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davalarında bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızda yanlarında olmağa davam edəcəyik", - deyə Türkiyə MN rəsmisi Pınar Kara bildirmişdi.