SƏHİYYƏ

Tanınmış infeksionist koronavirusun qurbanı oldu

AT-nun yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramovun və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti Aydın Qədirovun həyatını xilas etmək mümkün olmayıb.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda daha bir həkim COVID-19-a yoluxma səbəbindən vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov COVID-19-dan vəfat edib. O, uzun müddətdir müalicə olunsa da, terminal koma durumuna düşərək dünyasını dəyişib.
Xatırladaq ki, ötən gün, bir müddət əvvəl koronavirusa yoluxan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirovun müalicəsi xəstəxanalardan birində getsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Əməkdar həkim bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu da olub.