SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: Qarabağda İsrail hərbçiləri yoxdur

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatlar dayandırılıb.
Sputnik
BAKI, 5 oktyabr - Sputnik. İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi Qarabağda guya İsrail hərbçilərinin olması barədə xəbərləri "böyük sərsəmlik" və fantaziya adlandırıb.

"Mən hesab edirəm ki, bu böyük sərsəmlikdir. Çünki, əgər biz Qarabağ bölgəsindən danışırıqsa, orada Rusiyalılar və Türkiyəlilər (hərbçilər) var. Odur ki, hesab edirəm ki, onlarda hansısa fantaziyalar olarsa, onlar həmin yerdə Marsdan gəlmələrin də olduğunu deyə bilərlər, - deyə səfir jurnalistlərin müvafiq sualına cavab verərkən bildirib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də , Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.