BAKI, 5 oktyabr - Sputnik. Rusiya Fransa üçün düşmən deyil və Parisin Şimali Atlantika alyansından çıxması ölkənin suverenliyini bərpa etməyə imkan verə bilər. RİA Novosti xəbər verir ki, bunu Le Figaro məcmuəsinə açıqlamasında Fransa Milli Məclisinin deputatı Erik Çyotti deyib.
Deputat xatırladıb ki, Fransa Avropada nüvə müharibəsinin qarşısını almaq üçün gücə malik olan yeganə ölkədir.
Çyottinin qənaətinə görə, Fransanı NATO-nun hərbi komandanlığına qaytarmış keçmiş prezident Nikolya Sarkozi respublikanı beynəlxalq arenada möhtərəm tərəfdaşa çevirib. Lakin ondan sonrakı liderlərin fəaliyyəti ölkəni yalnız zəiflədib.