BAKI, 5 oktyabr — Sputnik. Enerji resurslarının bahalaşması və bir çox məhsulların tədarükündə problemlər bu qış bütün dünyaya böhran yaşada bilər.
Sputnik Azəbaycan bildirir ki, bu barədə Bloomberg yazır.
Müəllif Maykl Uinfri qeyd edir ki, COVID-19 pandemiyası bəşəriyyət üçün böhrana çevrildi: taxıldan tutmuş kompüter çiplərinədək bir çox malların tədarükündə problem yaratdı.
Ancaq bu il bir sıra ölkələrdə başqa problemlər də yarandı. Məsələn, Britaniyada kəskin yanacaq qıtlığı hiss olunur, dükanların rəfləri isə sürücü çatışmazlığı səbəbindən boşdur.
"Ancaq planetimizin digər ölkələrini də problemlər gözləyir", - jurnalist qeyd edir.
Uinfri bildirir ki, qışda temperatur rejimi Şimal yarımkürəsində müxtəlif bazarlara təsir edəcək. Əgər meteoroloqların ən bədbin proqnozları özünü doğruldarsa, o zaman enerji resurslarının qıtlığı genişmiqyaslı fəlakətə gətirib çıxaracaq.